Deprecated: Non-static method Lang::load() should not be called statically, assuming $this from incompatible context in /home/lfl/public_html/controllers/articles.php on line 32
Dəniz - Gəmiçilik » LFL Cargo
Şirkətimiz 2007-ci ildən bəri daşımaçılıq xidmətləri bazarında fəaliyyət göstərməkdədir. “LFL” nəqliyyat-daşımaçılıq şirkəti bütün dünya üzrə poçt-baqaj və aviadaşımaları, Avropa və Asiya üzrə konteyner və avtomobil nəqliyyatı daşımaçılığı ilə məşğul olur. Şirkətimizin Avropa və Asiyada anbarlar və nəqliyyat vasitələri olan geniş tərəfdaş şəbəkəsi vardır.
 
Müştərilərimiz malın göndərən tərəfindən göndərildiyi andan etibarən bütün marşrut boyu yüklərinin yeri barədə müntəzəm məlumat ala bilirlər.
 
Şirkətimizin ixtisaslaşdığı sahələrdən biri də Azərbaycandakı xarici şirkətlərin əməkdaşlarının, habelə onların ailə üzvilərinin şəxsi əşyalarının qablaşdırılması, gömrük rəsmiləşdirməsindən keçirilməsi, anbarda saxlanması, sığortalanması və daşınmasıdır.
 
 Üstünlüklərimiz: 
  •  Şəxsi və icarəyə götürülmüş avtopark və əlaqə vasitələri – yükün yerləşdiyi yeri izləməklə. Qısa vaxt ərzində yükləri təchiz etməyə imkan verir.
  •  Hər həftə Avropa Birliyindən 2 qruppajlı maşınların yola düşməsi
  •  Həm alçaq çərçivəli treylerdə, həm də DY platformalarında qabaritsiz yüklərin daşınması• Avia daşımalar üçün bütün dünya üzrə Agentlər
  •  Rəqabətədavamlı qiymətlər
  •  Avropada ofisin və gömrük anbarlarının mövcudluğu
  •  CMR sığortanın mövcudluğu
  •  Ödənişlərdə möhlət
 
 
Dünyada inkişaf etmiş agent şəbəkəsi və aparıcı dəniz yolları, dəmir yolu operatorları ilə əməkdaşlıq və iri avtonəqliyyat müəssisələri ilə uzunmüddətli müqavilə münasibətləri eksklüziv tariflərdən istifadə etmək imkanını təmin edir. “LAZR Forwarding & Logistics Services Ltd.” nəqliyyat şirkəti uzunmüddətli əməkdaş kimi baxdığımız daimi müştəri axını sayəsində son illər ərzində dinamik şəkildə inkişaf edir. Dünya bazarında böyük iş təcrübəmizin olması, bizə müştərilərimizə daha səmərəli yük daşımaları üsulları təklif etməyə imkan verir. Və müştərimiz olub – olmamanızdan və ya bizə ilk dəfə müraciət edib – etməyəcəyinizdən asılı olmayaraq, nəticədə Sizə yalnız yüksək keyfiyyətli xidmət göstəriləcəkdir.
 

“LAZR Forwarding & Logistics Services Ltd.” öz işinin mütəxəssisi olan komandaya malikdir. Göstərdiyimiz xidmətlər mallarımızın saxlanılması sisteminin təşkil edilməsinə, onların daşınmasına və çoxsaylı gömrük əməliyyatlarına yayınmadan, Sizə biznesinizi inkişaf etdirməyə imkan verəcəkdir. Optimal və effektiv qərarlar sayəsində “LAZR Forwarding & Logistics Services Ltd.” logistik operatoru risk və xərcləri azaltmaqla, fərdi yanaşma, keyfiyyət və dəqiqliyi təmin etməklə Sizə rəqabətədavamlılığa nail olmağa yardım edəcəkdir.
 

Sizə, xidmətlərimizlə tanəş olmağa təklif edirik:
 
  •  Yüksək ixtisaslı mütəxəssislərin (NATO sertifikatı olan) məsləhətləri və büütn növ nəqliyyat vasitələrində hərbi, xüsusi və təhlükəli yüklərin daşınmasının yerinə yetirilməsi (Avropa və Rusiya standartlarına görə)
  •  Bütün nəqliyyat vasitələrinin fasiləsiz istifadəsi
  •  Beynəlxalq aviadaşınmalar
  •  Beynəlxalq avtomobil daşınmaları
  •  Dəniz yük daşınmaları, multimodal daşınmalar
  •  Toplanmış yüklərin daşınması, yükün konsolidasiyası
  •  Anbar xidmətləri
  •  Yüklərin gömrük rəsmiləşdirilməsi 
  •  Yüklərin sığortası, yüklərin mühafizəsi
  •  Yüklərin izlənməsi